3 İŞİD üzvü Mosulda ələ keçirilib

2018/05/687151_1526277307.jpg
Oxunub: 3978     13:54     14 May 2018    
İraqın Mosul vilayətinin qərbində İŞİD terror təşkilatının 3 üzvü saxlanıb.

Ordu.az “İraqi News” agentliyinə istinadən xəbər verir ki, bu barədə İraq BQ-nin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Neynəvə polis əməkdaşları vətəndaşların da köməyi ilə 3 terrorçunu ələ keçirməyə nail olub.

Xatırladaq ki, ötən həftə də İraq Daxili İşlər Nazirliyi 10 terrorçunu ələ keçirdiyinə dair məlumat yayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İŞİD   Mosul   Terror  


Bizi "telegram"da izləyin