Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Lavrov və Zərif Vaşinqtonun Hərtərəfli Birgə Fəaliyyət Planından çıxması fonunda nüvə müqaviləsi ilə bağlı cari situasiya barədə fikir mübadiləsi aparacaqlar. Suriyada mövcud olan vəziyyət də nazirlərin əsas müzakirə mövzularından biri olacaq.
Qeyd edək ki, Zərif qarşıdakı günlər ərzində İranın nüvə müqaviləsinin iştirakçısı olan ölkələrə səfər edərək onlarla müqavilənin qüvvədə qalması barədə konsultasiyalar həyata keçirəcək.
Ağalar Qəribov
Ordu.az