"Tonoyanın müavini olmaq barədə təklif almamışam" - Nazaryan

2018/05/456456_1526124201.jpg
Oxunub: 4478     19:22     12 May 2018    
"Müdafiə nazirinin müavini olmaq barədə təklif almamışam".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə fövqəladə hallar nazirinin müavini Ara Nazaryan Ermənistanın yeni müdafiə naziri Davit Tonoyan tərəfindən yenidən müdafiə nazirinin müavini təyin olunacağı barədə mətbuatda yayılan məlumatları şərh edərkən bildirib.

"Müdafiə nazirliyinə qayıtmaq arzunuz varmı?" deyə verilən suala cavab verən Nazaryan, Ermənistan müdafiə nazirinin müavini olmaq barədə təklif almadığını bildirib.

Xatırladaq ki, Ara Nazaryan 10 il (2007-2017) Ermənistan müdafiə nazirinin müavini olub. 2017-ci ildə müdafiə nazirinin müavini vəzifəsindən azad edilərək, fövqəladə hallar nazirinin müavini təyin edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Müdafiə-naziri   Ara-Nazaryan  


Bizi "telegram"da izləyin