Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Aerokosmik Qüvvələrinin baş komandan köməkçisi, general-leytenant Andrey Yudin bəyan edib.
“Hazırda “Striji” aviaqrupunda MiQ-35-lərlə təchiz edilən pilotların sayının artırılması nəzərdə tutulur. Artıq təyyarələrin dövlət sınaqları yekunlaşır. Onların bitməsindən sonra Rusiya Aerokosmik Qüvvələri MiQ-35-lərlə təchiz ediləcək”, - deyə məlumatda bildirilir.
Yudin qeyd edib ki, ilk növbədə MiQ-35-ləri Axtubinskdəki uçuş sınaq mərkəzi alacaq, daha sonra onlar Lipetsk aviamərkəzinə və oradan “Striji” aviaqrupuna göndəriləcək.
Ağalar Qəribov
Ordu.az