Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan baş naziri Nikol Paşinyan polis rəisi Hunan Poğosyanın əvəzinə İrəvan şəhər polis idarəsinin keçmiş rəisi Aşot Karapetyanı təyin etmək niyyətindədir.
Məlumata görə, Aşot Karapetyan erməni cəmiyyətində vətəndaşlara qarşı zor tətbiq etmə və qəddarlığı ilə tanınır.
Karapetyanın tətbiq etdiyi zorakılığın qurbanları arasında dişlərini itirən Qrişa Virabyan, restoran sahibi Nataşa Voskanyan və digərləri var.
Zərərəçəkən Nataşa Voskanyanın sözlərinə görə, Aşot Karapetyan onu polis idarəsində qəddarcasına döyüb, sifətinə zərbələr endirib və nəticədə zərbələrə tab gətirməyən əl barmaqlarını gizlətməyə çalışarkən, siqaret yandırıcısı ilə barmaqlarını yandırıb. O, bütün bu hadisələrin alçaldıcı təhqir və söyüş ifadələri ilə müşayiət olunduğunu qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az