Ermənistan MN-də təşviş: Tonoyan Vigenin "vurduğu" kadrları geri qaytarır

2018/05/534_1526111287.jpg
Oxunub: 2751     15:59     12 May 2018    
Davit Tonoyan öz kadrlarını müdafiə nazirliyinə qaytarır.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan müdafiə naziri təyin edildikdən sonra Davit Tonoyan fövqəladə hallar nazirinin müavini Ara Nazaryanı geri müdafiə nazirinin müavini vəzifəsinə qaytarmaq niyyətindədir.

Ara Nazaryan 2010-2017-ci illər ərzində 10 il müddətinə Ermənistan müdafiə nazirinin müavini vəzifəsində işləyib və 2017-ci ildə fövqəladə hallar nazirinin müavini təyin edilib.

Məlumata görə, onun Ermənistan müdafiə nazirliyindən getməsinə səbəb Vigen Sarkisyanla birgə çalışmasının mümkün olmaması olub. Tonoyanın müdafiə naziri təyin edilməsindən sonra onun geri qayıtmasına heç bir maneçilik olmadığı bildirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Davit-Tonoyan   Ermənistan-ordusu  


Bizi "telegram"da izləyin