Ermənistan ordusunun mayoru mobil telefon oğurluğunda - DETALLAR (FOTOLAR)

2018/05/32294313_1787933557933009_4309575149788594176_n_12208886688.jpg
Oxunub: 2000     15:37     12 May 2018    
Ermənistan ordusunun mayoru mobil telefon oğurlayıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dünən Kotayk vilayətinin Abovyan şəhər ərazisində İrəvan-Sevan yolu üzərində yerləşən qaz doldurma məntəqəsində Armavir sakini 25 yaşlı Andranik Mxitaryan yanacaq doldurarkən mobil telefonunu yanacaq doldurma məntəqəsində unudub.

Daha sonra yanacaq doldurma məntəqəsinə qayıdarkən "Sony" markalı mobil telefonunu qoyduğu masanın üzərində tapmayıb.

Yanacaq doldurma məntəqəsinin müşahidə kameralarına baxış keçirilərkən, 3 nəfər hərbi geyimli şəxsin həmin masaya yaxınlaşdığını, onlardan mayor rütbəli hərbi qulluqçunun mobil telefonu götürərək ərazidən uzaqlaşdığını aşkar ediblər.

"Arzni-qaz" yanacaqdolduma məntəqəsinin rəhbərliyi və telefon sahibi əmlakın qaytarılması xahişi ilə həmin hərbi qulluqçuya mətbuat vasitəsilə müraciət edib.











Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Mayor   Oğurluq  


Bizi "telegram"da izləyin