Tramp və Mey İrana qarşı fəaliyyəti müzakirə ediblər

2018/05/2030-Donald-Tramp-və-Tereza-Mey_1526106585.jpg
Oxunub: 3711     14:32     12 May 2018    
ABŞ prezidenti Donald Tramp və Böyük Britaniya baş naziri Tereza Mey telefon danışığı vasitəsilə İranın “Əl-Qüds” qüvvələri tərəfindən İsrailin mövqelərinə endirilən raket zərbələrini müzakirə ediblər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ağ Ev tərəfindən yayılan məlumatda bildirilir.

“Hər iki lideri İranın İsrail vətəndaşlarına qarşı provokasiya xarakterli raket zərbələrini mühakimə ediblər. Prezident Tramp bütün dövlətləri İrana qarşı həyata keçirilən faəliyyətdə ABŞ və Birləşmiş Krallığa qoşulmaya səsləyib”, - deyə məlumatda bildirilir.

Tərəflərin həmçinin bir daha belə hadisələrin təkrarlanmasının qarşısını almaq üçün İranın qarşısının alınmasına dair məsələləri müzakirə etdikləri açıqlanıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Böyük-Britaniya   İran  


Bizi "telegram"da izləyin