Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanda ilk kəşfiyyat dəstəsini yaradan Vova Vartanov yeni müdafiə naziri Davit Tonoyanla bağlı mövqeyini ifadə edərkən bildirib.
Onun sözlərinə görə, əgər təyin olunan şəxslər üzərində müəyyən təsir açarları olmasa, hansı təyinatların olmasından asılı olmayaraq, heç bir şey dəyişməyəcək.
"Ermənistanda baş verən son hadisələrin cəbhə xəttindəki əsgərlərin ayıq-sayıqlığının artırılmasına və ya azaldılmasına nə kimi təsiri ola bilər?" sualına isə Vartanov belə cavab verib: "Əminəm ki, bizim ayıq-sayıqlığımızı hakimiyyət yox, cəbhədəki əsgərlərin ayıq-sayıqlığını onlardan bir neçə metr aralıda olan rəqibin mövcudluğu təmin edir".
Alpər Mövludoğlu
Ordu.az