Ordu.az “Times of İsrael”ə istinadən xəbər verir ki, bu barədə danışan donanma komandiri məqsədin ölkə ərazisinin müdafiəsi, qanunsuz silahlılara qarşı hücumlar və bəzi Asiya ölkələrinin donanma güclərinə qarşı çəkindirməçilik imkanlarının gücləndirilməsi olduğunu bildirib.
Gəmilərin istifadə etdiyi raketlər isə İsrail istehsalı “Spike” yer-yer raketləri olacaq. 8 kilometr mənzilə sahib bu raketlər ilkin olaraq üç ədəd çoxməqsədli hücum gəmisinə quraşdırılacaq.
Donanmanın komandiri admiral Robert Empedrad qatıldığı mətbuat konfransında donanmanın torpedolar, sualtı gəmilər və digər vacib müdafiə ləvazimatları alacağını bildirib.
Onun sözlərinə görə, bütün bunlar arxipelaqın təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə edilən modernizasiya proqramının tərkib hissəsidir.
Ağalar Ağalarlı
Ordu.az