Erməni hərbçi arvadını xüsusi amansızlıqla öldürüb

2018/05/gdabicaqlanma123_1526058188.jpg
Oxunub: 3215     01:30     12 May 2018    
Ermənistanda keçmiş hərbi qulluqçu arvadını xüsusi amansızlıqla öldürüb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün saat 12:30 radələrində Ermənistanın Tavus vilayətinin Artsvaberd kəndində baş vermiş ölüm faktı barədə yerli polis orqanlarına məlumat daxil olub. Hadisə yerinə polis əməkdaşları və istintaq qrupu cəlb edilib.

Məlum olub ki, ailə münaqişəsi zəminində 53 yaşlı ailə başçısı Manvel Asryan, 49 yaşlı arvadı Marine Bekyanı xüsusi amansızlıqla bir neçə bıçaq zərbəsi ilə öldürüb.

Hadisəni törədən Manvel Asryan keçmiş hərbi qulluqçudur. Onun 2 qızı və 2 oğlu var. Arsyanın oğlanlarından biri hazırda hərbi xidmətdədir.

Faktla bağlı araşdırma davam edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin