Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan bəyan edib.
“Bu məsələ baş nazirin səlahiyyəti daxilində həll edilir və təbii ki, Levon Yeranosyan Ermənistan polisinin Daxili Qoşunlar komandanı vəzifəsindən çıxarılacaq”, - deyə yeni təyin edilən Ermənistan baş naziri Nikol Paşinyan bildirib.
Yeranosyanın vəzifədə olarkən törətdiyi cinayətlərə görə məsuliyyət daşıması barədə suala cavab verərkən Paşinyan “baş nazirin yurisdiksiyasında olan cəzalar həyata keçiriləcək, digər cəzalar barədə isə artıq demişəm, mən həm hökumət haşçısı, həm prokuror, həm də müstəntiq ola bilmərəm” deyə açıqlama verib.
Alpər Mövludoğlu
Ordu.az