“Ukrayna Azərbaycana “Yatağan”ları təklif edə bilər” – Yuri Kolesnikov (MÜSAHİBƏ)

2018/05/1_1526041689.jpg
Oxunub: 4176     20:14     11 May 2018    
“Azərbaycan üçün konkret olaraq nə maraqlı gələ bilər? T-72 (Ukraynada modernləşdirilmiş versiyası), Pakistan Silahlı Qüvvələrində özünü möhtəşəm şəkildə göstərən Ukrayna mühərrikli T-80 tankı. T84-120 “Yatağan” – NATO və “Oplot” döyüş maşını standartında tank”.


Ordu.az məşhur ukraynalı hərbi ekspert Yuri Kolesnikovla müsahibəni təqdim edir:

- Azərbaycan və Ukrayna arasında müdafiə sahəsində əməkdaşlıq potensialını necə qiymətləndirirsiniz?

- 1990-cı illərdə aşkar şəkildə Azərbaycana köməyin qarşısı alınanda bizim hökumət sxem düşündü. Onlardan birinə görə, vurulan T-55-lər Ukraynaya gətirilərək utilizasiya edilirdi. Azərbaycan artıq T-72-lər alırdı. Tankların sayı artmırdı, lakin keyfiyyətdə böyük fərqlər var idi.

Mən təmamilə əminəm ki, ölkələrimizin səmərəli əməkdaşlıq üçün gözəl potensialı var.

- Ümumilikdə Azərbaycan Ordusunun döyüş hazırlığının hazırki səviyyəsini necə qiymətləndirirsiniz?

- Azərbaycan Ordusunun döyüş hazırlığı səviyyəsi fövqəladə şəkildə artıb. 2016-cı ilin Aprel döyüşləri bunu aydın şəkildə göstərdi.

- Ukrayna müdafiə sənayesi kompleksinin son illərdə istehsal edilən hansı məhsulları Azərbaycan üçün maraqlı ola bilər?

- Azərbaycan üçün konkret olaraq nə maraqlı gələ bilər? T-72 (Ukraynada modernləşdirilmiş versiyası), Pakistan Silahlı Qüvvələrində özünü möhtəşəm şəkildə göstərən Ukrayna mühərrikli T-80 tankı. T84-120 “Yatağan” – NATO və “Oplot” döyüş maşını standartında tank.

Yüngül zirehli maşınlardan BMP-1U və BTR-3. Lakin əlbəttə ki, BTR-4 “Busefal”ı da unutmaq olmaz. Çox şey demək olar! Efir monitorinqi sistemləri. Həmçinin atıcı və tank əleyhinə silahlar üzrə gözəl nümunələr var. Ukraynanın Azərbaycana təklif ediləsi çox silahları var və mən əminəm ki, Azərbaycan da bizi nələrləsə sevindirə bilər.

- Cari ilin mart ayında ABŞ Milli Kəşfiyyatının direktoru Daniel Koutsun 2018-ci ildə Dağlıq Qarabağda müharibə başlaya iləcəyi barədə hesabatı ictimailəşdirildi. Qarabağda döyüş əməliyyatlarının yenilənməsi ehtimalı nə dərəcədə böyükdür?

- Qarabağda müharibənin başlanması yetərincə realdır, ona görə ki, münaqişəni həmişəlik dondurmaq mümkün deyil. Azərbaycan öz ərazisini beynəlxalq miqyasda tanınan sərhədlərdə bərpa etmək istəyir və bunu edəcək. Ermənilər isə çox tez-tez düşünülməmiş addımlar atırlar. Hər kəs hansısa formada 1990-cı ildə Bakıda baş verənləri xatırlayır və onların 1987-88-ci illərdə Ermənistanda baş verən dəhşətli hadisələrdən törədiyini unudurlar. Yəni Dağlıq Qarabağda bu millətlərarası müharibəni azərbaycanlılar başlamayıb!

Nizam Bəkirov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna-Azərbaycan   Oplot   T84-120  


Bizi "telegram"da izləyin