Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan təhlükəsizlik xidməti tərəfindən saxlanılan, Ermənistanda qorxu mühiti yaratmaq niyyətilə cinayət əməkdaşlığına girən qrupun üzvləri barədə yeni məlumatlar üzə çıxıb.
Saxlanılanlardan bəziləri “Sağ qalmaq sənəti” tərəfindən həyata keçirilən ödənişli kurslarda iştirak edib. “Sağ qalmaq sənəti”nin təsisçisi isə ilk diversiya kəşfiyyat dəstəsinin əsasını qoyan Vova Vardanovdur.
Bununla əlaqədar erməni jurnalistlər Vardanova müraciət ediblər. O bildirib ki, Qnel Hovanissyan kurslara cəlb edilənlərə atış hazırlığı öyrədirdi, xidmət yekun nəticəyə gəlmədən öncə qalan deyilənlər şayiədir.
Məlumata görə, əgər Ermənistan Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən şəxsin Vartanovun kurslarında dərs deməsi təsadüfi deyil və nəticə etibarı ilə ictimai təşkilat adı altında cinayətkar qrupların formalaşdırılmasına dəlalət edir.
Alpər Mövludoğlu
Ordu.az