Estoniyada NATO HDQ təlimləri başlayır

2018/05/2149658345_1526025123.jpg
Oxunub: 3951     15:50     11 May 2018    
Təlimlərdə NATO Hərbi Dəniz Qüvvələriin komandanlığı altında 4 surətli reaksiya bölmələrindən biri iştirak edir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Estoniya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, “Open Spirit” adlandırılan təlimlər bu gün başlayır. Təlimlərdə 800-ə yaxın hərbçi iştirak edir.

Təlimlər mayın 11-dən 25-dək davam edəcək, onların keçirilmə yeri isə Hiyumaa, Saaremaa və Muxu adaları olacaq. Təlimlər çərçivəsində hərbçilər qarşısına partlayıcı vasitələrin aşkarlanması, təsnifləşdirilməsi və məhvinə dair tapşırıqlar qoyulacaq.

Təlimlərdə Hollandiya, Norveç, Belçika və Almaniyadan olan gəmi və hərbçilər də iştirak edəcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Estoniya   NATO  


Bizi "telegram"da izləyin