Ordu.az xəbər verir ki, bunu Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Sevdiyim" layihəsinin təqdimat mərasimində Azərbaycan prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov deyib.
Hazırda Azərbaycan ordusu müasir silahlarla təchiz edilmiş, yüksək döyüş hazırlığına malik, Ali Baş Komandanın rəhbərliyi ilə ən çətin tapşırıqların öhdəsindən gəlməyə qadir, qüvvətli bir ordudur.
F. Ələsgərov qeyd edib ki, Azərbaycan ordusu öz gücünü 2016-ci ilin aprelində göstərib, üçrəngli bayrağımızı düşməndən azad edilmiş torpaqlarda ucaldıb: "Əminik ki, çox yaxın zamanlarda üç rəngli bayrağımız Şuşada, bütün Qarabağda dalğalanacaq".
Ordu.az