Donbasda gərginlik davam edir: 2 ölü, 6 yaralı

2018/05/214966223454_1526023405.jpg
Oxunub: 3010     15:22     11 May 2018    
Ukraynanın şərqində Donbasda gedən döyüşlər çərçivəsində separatçılar atəşkəsi 55 dəfə pozublar.

Ordu.az xəbər verir ki, bu barədə Birləşmiş Qüvvələr Əməliyyatı qərargahının mətbuat mərkəzi məlumat yayıb.

Məlumata görə, atəşkəsin pozulması nəticəsində Ukrayna Silahlı Qüvvələrinin 3 hərbçisi yaralanıb. Kəşfiyyat mənbələri isə qeyd edir ki, separatçıların 2 döyüşçüsü öldürülüb, daha 3-ü isə yaralanıb.

Separatçıların atəşkəsi pozmaq üçün 152 millimetrlik artilleriya vasitələrindən istifadə etdiyi qeyd olunur.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Donbas  


Bizi "telegram"da izləyin