Husilər Səudiyyə hərbi hissələrinə hücumlar edib

2018/05/345345_1526020481.png
Oxunub: 3252     14:33     11 May 2018    
Husi qiyamçıları Səudiyyə Ərəbistanının Əsir və Cizən vilayətində krallığın hərbi hissələrinə hücumlar edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hücum zamanı krallığın əsgərlərinə raket və artilleriya toplarından atəş açılıb.

Əsir vilayətinin Alab sərhəd-keçid məntəqəsinə “Zilzal-2” raketi atılıb. Eyni zamanda Cizəndə hərəkət edən hərbi texnikaya artilleriya hücumu edilib.

Hücumlara cavab olaraq koalisiya qüvvələrinin döyüş təyyarələri qiyamçılara qarşı aviazərbələr endirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Husilər   Səudiyyə-Ərəbistanı  


Bizi "telegram"da izləyin