İraq qüvvələri Suriyada İŞİD-ə zərbələr endirib

2018/05/56c31829c46188cd3a8b4581-650x36145_1526020389.jpg
Oxunub: 2314     14:32     11 May 2018    
İraqın hökumət meyilli yarımhərbi qoşunları Suriya ərazisində İŞİD terrorçularının mövqelərinə zərbələr endirib.

Ordu.az “İraqi News” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Həşd əl-Şəbi”nin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 29-cu briqadanın artilleriya qüvvələri bu axşam İŞİD terror təşkilatının Suriyanın əl-Atşana kəndindəki mövqelərini hədəf alıb.

Artilleriya hücumu nəticəsində terrorçuların çoxsaylı itkiyə məruz qaldıqları bildirilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   İŞİD   Suriya  


Bizi "telegram"da izləyin