Putin və Ərdoğan İran müqaviləsini müzakirə etdi

2018/05/456_1526019957.jpg
Oxunub: 3133     14:25     11 May 2018    
Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Danışıq çərçivəsində ABŞ-ın İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planından çıxması ilə əlaqədar yaranan vəziyyət müzakirə edilib. Müqavilənin saxlanmasının beynəlxalq və regional təhlükəsizlik üçün prinsipial əhəmiyyətə malik olması, həmçinin nüvə silahının qlobal yayılmasının qarşısının alınmasında zəruri olması vurğulanıb”, - deyə məlumatda bildirilir.

Qeyd edilir ki, telefon danışığı çərçivəsində Türkiyə prezidenti Vladimir Putini Böyük Vətən Müharibəsində qələbənin 73-cü ildönümü və Rusiya Federasiyasının prezidenti seçilməsi ilə əlaqədar təbrik edib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin-Ərdoğan   İran-müqaviləsi  


Bizi "telegram"da izləyin