Ordu.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Paşinyan görüləcək işlərlə bağlı "Facebook" səhifəsində etdiyi canlı yayımda bildirib.
Paşinyan qeyd edib ki, bundan sonra əsgər valideynləri orduda müddətli xidmət edən övladlarına ayaqqabı, alt paltarı, hərbi geyim, ərzaq göndərməsinlər.
O, dövlət tərəfindən müddətli xidmət hərbi qulluqçularını zəruri ərzaq, gigiyena vasitələri, ayaqqabı, geyimlə təmin edəcəyinə dair vəd verib və bu gündən etibarən müddətli xidmət hərbi qulluqçularının valideynlərinin öz uşaqlarına geyim, ərzaq, gigiyena vasitələri almaq problemini və pis vərdişlər praktikasını aradan qaldırmağa çalışacaqlarını qeyd edib.
Bununla da, Ermənistanın yeni baş naziri müdafiə nazirliyi barədə daha öncə yayılan məlumatları, ordu daxilində olan çatışmamazlıqları etiraf edib.
Alpər Mövludoğlu
Ordu.az