Konqresin SX komitəsi Pentaqonun yeni büdcəsini təsdiqləyib

2018/05/234234_1525960797.jpg
Oxunub: 2421     22:58     10 May 2018    
Konqresin Silahlı Xidmətlər komitəsi bu gün səhər 2019-cu maliyyə ili üçün nəzərdə tutulan 716 milyard dollarlıq müdafiə siyasəti büdcəsini qəbul edib.

Ordu.az “The Hill”ə istinadən xəbər verir ki, təxminən 14 saatlıq debatdan sonra Milli Müdafiə Səlahiyyətləndirmə Qanunu komitənin dəyişiklik etdiyi versiyada 60-1 səsi ilə qəbul edilib.

Bundan sonra gələn ay bu qanunun bütövlükdə konqres qarşısına çıxarılaraq səsə qoyulacaq.

Qeyd edək ki, yeni büdcədə daha 16 min əlavə aktiv tapşırıq qoşunlarının xidmətə əlavə edilməsi və onların maaşlarının 2,6% artırılmasını təklif edilir. Bu, son 9 ilin ən yüksək artımı olacaq.

Bu büdcədə aviasiyanın yenilənməsi üçün 40 milyard, ləvazimatların təmiri üçün isə 25 milyard dollar xərclənməsi qeyd olunub.

Həmçinin yeni büdcədə daha iki “Virginia” sinifli sualtı gəmi və sahil döyüş gəmilərinin, 77 ədəd F-35 qırıcısının alınması və minlərlə vasitənin yenilənməsi də nəzərdə tutulub.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Konqres   SX   Pentaqon   Büdcə  


Bizi "telegram"da izləyin