Əsəd: “Suriyanın kimyəvi silah istifadə etməsi mənasızdır”

2018/05/1996-Bəşər-Əsəd_1525959521.jpg
Oxunub: 4172     21:41     10 May 2018    
“Artıq 2013-cü ildən etibarən Suriyanın kimyəvi silahı yoxdur və bunu beynəlxalq Kimyəvi Silahların Məhv Edilməsi Təşkilatı da təsdiq etdi”.

Ordu.az SANA agentliyinə istinadən xəbər verir ki, bu barədə Suriya prezidenti Bəşər Əsəd bəyan edib.

“Hətta əgər bizdə kimyəvi silah olsaydı, onu istifadə etməmək üçün bir çox səbəblərimiz var. Təxmin edək ki, qaynar bir müharibənin gedişində bizim kimyəvi silahımız var. Onu nə vaxt tətbiq etmək lazımdır? Münaqişənin sonunda? Ordu onu daha öncə - terrorçular hücuma keçəndə istifadə etməli idi, döyüşlər bitəndə və terrorçular təslim olanda yox”, - deyə Əsəd bildirib.

Suriya prezidenti qeyd edib ki, Dəməşqin ünvanına kimyəvi silah istifadəsinə dair təqsirləndirmələr Suriya ordusunun ardıcıl qələbələrindən sonra daxil oldu.

“Əgər kimyəvi silahların tətbiqinə dair videolara baxsanız, xeyli nöqsanlarla rastlaşarsınız. Əgər kimyəvi silah tətbiq edilibsə, həkim və tibb bacıları çirkli havanı maska və əlcəksiz qəbul edərək necə işləyirlər? Lakin biz onların qurbanları sadəcə adi su ilə necə suladıqlarını və onların bu su ilə sağalacağına ümid bəslədiklərini müşayiət edirik”, - deyə Əsəd açıqlayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Bəşər-Əsəd   Kimyəvi-silah  


Bizi "telegram"da izləyin