Misir Suriyaya qoşun göndərməyəcək

2018/05/Безымянный_1525958701.jpg
Oxunub: 1668     21:23     10 May 2018    
Mətbuatda dolaşan iddiaların əksinə olaraq Misir Suriyaya quru qüvvələri göndərməyəcəyini açıqlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bəyanatında qeyd olunub.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Suriyadakı ABŞ qoşunlarını Ərəb qüvvələri ilə əvəzedilməsi haqda danışdıqdan sonra bir neçə gün öncə Misir Xarici İşlər naziri Şoukri Misir qüvvələrinin Suriyaya göndərilməsinin mümkün olduğunu bildirib.

Yeni yayılan bəyanatda nazirin istifadə etdiyi “mümkün” ifadəsinə toxunularaq, nazirin bu sözlə həmin ideyanın ABŞ tərəfindən Misirə irəli sürüldüyünü nəzərdə tutduğu vurğulanıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Misir   Suriya   ABŞ  


Bizi "telegram"da izləyin