İran generalı: “Tehranın rəqibləri onun hərbi gücündən çəkinir”

2018/05/1993-Hüseyn-Salami_1525957819.jpg
Oxunub: 1981     21:10     10 May 2018    
“İran elə böyük güc və çəkindirmə vasitələri toplayıb ki, onun düşmənləri Tehrana qarşı hərbi aksiyalar keçirməkdən çəkinir”.

Ordu.az IRNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu komandanının müavini, briqada generalı Hüseyn Salami bəyan edib.

“Tehran regionda “xuliqan”ların öhdəsindən necə gəlməli olduğunu bilir və bunun üçün zəruri alətləri yaradıb”, - deyə Salami bildirib.

General qeyd edib ki, hazırda İran dəniz, quru və kosmosda düşmənlərin qarşısını kəsmək üçün hərbi imkanlara malikdir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Yaxın-Şərq   Hüseyn-Saləmi  


Bizi "telegram"da izləyin