Ordu.az DPA agentliyinə istinadən xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabineti məlumat yayıb.
Məlumata görə, liderlər Axendə Makrona 2018-ci il üçün Böyük Karl adına Beynəlxalq Mükafatın verilməsi münasibətilə görüşüblər.
“Bu gün baş verənlər göstərir ki, söhbət həqiqətən də sülh və müharibədən gedir. Biz Yaxın Şərqdə sülh və stabillik istəyirik”, - deyə Makron bildirib.
Merkel isə İran-İsrail münaqişəsində deeskalyasiyasının zəruri və qaçınılmaz olduğunu açıqlayıb.
Ağalar Qəribov
Ordu.az