Erməni əsgərin əmisi: "Onu qəddarcasına döyərək öldürüblər"

2018/05/56456_1525937858.jpeg
Oxunub: 2414     15:36     10 May 2018    
"Törədilən cinayət faktı üzrə bütün günahkar şəxslərin ifşa edilməsi və cəzalandırılması üçün sonadək mübarizə aparacağıq".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu ölən erməni hərbi qulluqçunun əmisi Armen Torosyan bildiribş.

Onun sözlərinə görə, mayın 6-da işğal altında olan Qarabağ ərazisindəki qoşunların təmas xəttinin şimal-şərq istiqamətində döyüş mövqeyində meyiti aşkar edilərək, intihar etdiyi bildirilən müddətli xidmət hərbi qulluqçusu Levon Torosyan intihar etməyib, onu qəddarcasına döyərək öldürüblər.

Meyitin yarılması prosesində məhkəmə tibbi ekspertizası daxili orqanlarında, qolarında göyərmələr olduğunu aşkar edib. Onu küt alətlə döyərək zəiflətdib, daha sonra daşın üzərinə oturdaraq, silahı ayaqları arasına qoymaqla, guya intihar etdiyi görntüsü yaradıblar.

Nəticədə, bu şəkildə avtomatdan atəş açılıb və Torosyan həmin qaydada oturmuş vəziyyətdə qalıb. Halbuki onun oturmuş vəziyyətdə qalması mümkün deyildi. Qohumları hesab edir ki, onu öldürərək, gətirib o vəziyyətdə səngərdə yerləşdiriblər.

Əmisi, Levon Torosyanın daim məşq etdiyinə görə güclü olduğunu və onu döyən şəxsin tək deyil, qrup olduğunu qeyd edib.

Ölən hərbi qulluqçunun əmisi Armen Torosyan bildirib ki, ekspert tərəfindən bütün xəsarətlər qeydə alınıb.

"Törədilən cinayət faktı üzrə bütün günahkar şəxslərin ifşa edilməsi və cəzalandırılması üçün sonadək mübarizə aparacağıq. Onun heç bir psixoloji problemi yox idi", - deyə o etiraz edib.

Onun sağlam ruhda olduğunu, ailəsi ilə danışdığını, səhhətində probleminin olmadığını deyən erməni əsgərin əmisi, intihar faktına inanmadıqlarını qeyd edib.

Qeyd edək ki, 6 may 2018-ci il saat 07:30 radələrində Ermənistanın şimal-şərq istiqamətindəki hərbi hissələrdən birinin mühafizə zolağının döyüş mövqeyində müddətli xidmət hərbi qulluqçusu, 1999-cu il təvəllüdlü, 2017/2 Armavir komissarlığından hərbi xidmətə çağırılan Levon Arseni Torosyanın baş nahiyyəsində odlu silah yarası ilə meyiti aşkarlanıb.

6-cı qarnizon istintaq komitəsi tərəfindən intihar həddinə çatdırma maddəsilə cinayət işi açılıb. Məhkəmə tibbi ekspertizasi təyin edilib. Torosyan Ermənistanın Armavir vilayətinin Bambakaşat kənd sakini olub. Ailənin tək oğlan övladı olan Torosyanın 2 bacısı var.


Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-əsgər   Ölüm   Zorakılıq  


Bizi "telegram"da izləyin