Ermənistan sülhməramlı alayının komandiri istefa etdi

2018/05/32164638_2535769769982509_7465913346802319360_n_1525889725.jpg
Oxunub: 1651     02:29     10 May 2018    
Ermənistan sülhməramlı alayının komandiri istefa barədə ərizə yazıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə bu gün Ermənistanın müdafiə naziri səlahiyyətlərini icra edən Vigen Sarkisyan keçirdiyi mətbuat konfransında bildirib.

Vigen Sarkisyan bildirib ki, aprelin 23-də nümayişlərdə iştirak etmiş sülhməramlı alayın komandiri istefa ərizəsi yazıb və o, bunu özü imzalayıb.

Qeyd edək ki, müraciət Ermənistan prezidenti tərəfindən təsdiqləndikdən sonra alay komandiri vəzifəsini tərk edəəck.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin