Hərbi texniki elmi araşdırma institutunun yaradılmasına dair layihə Ermənistan hökumətinin gündəmindədir.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, qərar qüvvəyə mindikdən sonra 2 həftə ərzində qeyri-kommersiya hərbi texniki elmi araşdırma institutunun nizamnaməsi, strukturu, sayı, əmlakı, o cümlədən silah və hərbi sursat tərkibi təsdiq ediləcək.
Məlumata görə, Ermənistan müdafiə nazirliyinin təqdim etdiyi vasitələr hesabına qeyri-kommersiya hərbi texniki elmi araşdırma institutunun dövlət qeydiyyatına alınması təmin ediləcək.
Qeyd edilir ki, hərbi texniki elmi araşdırma institutu silah istehsalının bəzi nümunələri ilə xarici bazara çıxmağa cəhd edəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
Elmi-Araşdırma-İnstitutu