"Yeni komanda tərkibində fəaliyyət göstərməyim mümkün deyil" - Vigen Sarkisyan

2018/05/5545_1525884067.jpg
Oxunub: 1485     00:43     10 May 2018    
Ermənistan müdafiə naziri Vigen Sarkisyan müdafiə naziri vəzifəsinin icrasını yeni nazir təyin olunanadək davam etdirəcək.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə bu gün Ermənistanın müdafiə naziri səlahiyyətlərini icra edən Vigen Sarkisyan keçirdiyi mətbuat konfransında bildirib.

"Ermənistanın mövcud şəraitində yeni müdafiə naziri təyin olunmadan fəaliyyətdə olan müdafiə nazirinin istefa verməsi yolverilməzdir. Yeni nazir təyin olunanadək heç nə mənim səlahiyyətlərimi yerinə yetirməməyimə məcbur edə bilməz", - deyə Vigen Sarkisyan qeyd edib.

Eyni zamanda, Sarkisyan yeni komanda tərkibində fəaliyyət göstərməsinin mümkün olmadığını vurğulayıb. Yeni təyin olunacaq müdafiə naziri üçün 10 saatlıq bir brifinq hazırlandığını açıqlayıb. O, bu brifinq vasitəsilə həyata keçirilən və icrası nəzərdə tutulan bütün layihələr barədə yeni nazirə məlumat veriləcəyini qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Müdafiə-Nazirliyi  


Bizi "telegram"da izləyin