Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə bu gün Ermənistanın müdafiə naziri səlahiyyətlərini icra edən Vigen Sarkisyan keçirdiyi mətbuat konfransında, Ermənistanda baş verən son siyasi hadisələrin Rusiya ilə müdafiə sahəsində əldə edilən razılaşmalara təsiri barədə sualı şərh edərkən deyib.
Sarkisyanın sözlərinə görə, istənilən hadisə tərəfdaşların marağına və narahatlığına səbəb olmaqla, ona müəyyən dərəcədə təsir edə bilər.
"Bizi Rusiya ilə qorxutmaqda günahlandırırdılar. Bu absurddur, heç kəsin belə bir niyyəti olmayıb. Əminəm ki, baş nazir çağırışları başa düşür və münasibətləri qoruyub saxlamaq üçün hər şey edir. Rusiya ilə hərbi sahədəki əməkdaşlığın müstəsna əhəmiyyəti var və bunu qoruyub saxlamaq lazımdır", - deyə Vigen Sarkisyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az