Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidenti Armen Sarkisyan bəyan edib.
Onun sözlərinə görə, Rusiya hərbi bazasının saxlanılması həm Ermənistana, həm də erməni-rus münasibətlərinə lazımdır.
“Çox sadə şəkildə deyə bilərəm ki, Ermənistan ərazisindəki bu Rusiya hərbi bazası Ermənistana lazımdır. Daha öncə bu bazanın Rusiyaya lazım olub-olmadığından əmin olmadığını deyirdim, bu qərarı Rusiya, Rusiya prezidenti və hökumətinin verməlidir. Ancaq o, Ermənistana lazımdır və mənə elə gəlir ki, bu, Rusiya-Ermənistan münasibətlərinə də lazımdır”, - deyə Sarkisyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az