Ermənistan-Azərbaycan sərhədini keçməyə cəhd edən 6 əcnəbi saxlanılıb? - MN-dən münasibət

2018/05/12312_1525770639.jpg
Oxunub: 1989     17:09     08 May 2018    
Ermənistan-Azərbaycan sərhədini keçməyə cəhd edən 6 əcnəbi saxlanılıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan özünün “Facebook” səhifəsində yazıb.

Sərhədi keçməyə cəhd edən əcnəbilərin erməni hərbçiləri tərəfindən saxlanıldığı bildirilir. Hadisə ötən gecə baş verib.

Məsələ ilə bağlı sorğuya cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən Ordu.az-a bildiriblər ki, onlarda belə bir məlumat yoxdur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MN   Sərhəd  


Bizi "telegram"da izləyin