Hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq

2018/05/1942_1525701274.jpg
Oxunub: 3695     21:54     07 May 2018    
Faşizm üzərində qələbənin 73-ci ildönümü münasibətilə mayın 9-da saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, orkestrlər şəhərin müəyyən edilmiş 5 nöqtəsində çıxış edəcək:
- Dənizkənarı Milli Parkda (Azadlıq meydanı qarşısında);
- Əhmədli qəsəbəsi Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkında;
- Zərifə Əliyeva parkında;
- Zabitlər parkında;
- Fəvvarələr meydanında.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hərbi-orkestr   9-May  


Bizi "telegram"da izləyin