Ordu.az xəbər verir ki, buna səbəb Ermənistanda baş verən etiraz aksiyalarının orduya da sirayət etməsidir.
Təbii ki, əsas səbəb Serj Sarkisyanın baş nazir vəzifəsindən getməsindən və yeni baş nazir seçilməsindən sonra baş verə biləcək kadr dəyişiklərinin həyata keçirlməsidir. “Qarabağ klanı”nın aqibətinin heç də yaşxı olmayacağını artıq hamı anlayır.
Başqa bir ciddi səbəb isə Ermənistanda baş verən etiraz aksiyalarının orduya da sirayət etməsidir. Təlaşa səbəb olan hal Nikol Paşinyana rəğbət bəsləyən hərbi qulluqçularla, Sarkisyan rejiminin əlaltıları arasında mübahisələrin artıq münaqişələrə təkan verməsidir. Son bir neçə gün ərzində Ermənistan ordusunda onlarla hadisə baş verib ki, buna da səbəb hərbçilər arasında siyasi diskusiyanın mübahisəyə, sonradan isə qanlı insidentə keçməsidir.
Faktlara nəzər salaq
Mayın 4-də 1998-ci il təvəllüdlü əsgər Artur Qasparyanın, mayın 6-da isə 1999-cu il təvəllüdlü əsgər Levon Torosyanın döyüş mövqeyində cəsədi tapılıb.
Hər ikisinin naməlum şəraitdə öldürüldüyü bildirilsə də, əslində isə hər iki hərbi qulluqçunun Qarabağ erməniləri ilə, Ermənistan erməniləri arasında son günlər daha da güclənən münaqişənin qurbanı olduğu məlum olub.
Mayın 4-də baş verən daha bir insident ölümlə nəticələnməsə də, iki Ermənistan hərəbçisinin müxtəlif xəsarətlərlə hərbi tibb məntəqəsinə düşdüyü bildirilir. Bu dəfə isə mübahisəni yumruq davasına çevirən Qarabağ və Ermənistandan olan hərbçilər Aram Avenesyan və Marat Vanyandır.
Daha bir qanlı insident isə işğal olunmuş Ağdərə yaşayış məntəqəsində yerləşdirilmiş düşmən ordusunun bölmələrindən birində mayın 5-də baş verib. Şuşan adlı erməni zabit hərbi hissənin həkimi Azaryana zəng edərək Ermənistandan olan iki hərbçinin bıçaq yarası aldığını və təcili tibbi yardım maşınının göndərilməsini xahiş edib.
Hərbi hissənin zabiti polkovnik-leytenant Beqlaryan da faktı təsdiq edərək iki hərbçinin ağır vəziyyətdə hospitala aparıldığını bildirib.
Bu günlərdə keçirilən xidməti müşavirədə məhz bu mövzu, yəni keçmiş rejim tərəfdaları ilə, Paşinyana rəğbət bəsləyənlər arasındakı mübahisələrin cinayət hadisələrinə və qanlı insidentlərə səbəb olması müzakirə olunub.
Faktlarla bağlı araşdırmalar aparılsa da hələlik “sular durulanadək” tədbirin görülməməsi barədə qərar qəbul edilib.
Paşinyanın baş nazir seçiləcəyi təqdirdə başlanacaq “təmizləmə” prosesi nəticəsində erməni hərbçiləri arasında münaqişənin yeni vüsət alacağı, bir-birindən qisas almağa başlayacaqları səbəbindən bu cür cinayət hallarının sayının daha da artacağı istisna edilmir.
Ordu.az