Azərbaycan hərbçiləri “Efes-2018” təlimlərində iştirak edirlər

2018/05/1931_1525681533.jpg
Oxunub: 2927     16:11     07 May 2018    
Bu gün Türkiyənin İzmir şəhərində “Efes-2018” təlimlərinin döyüş atışlı hissəsi keçiriləcək.

Ordu.az xəbər verir ki, təlimin bu mərhələsi mayın 7-dən 11-dək davam edəcək. Təlimlərdə Azərbaycan hərbçiləri də iştirak edəcək.

Qeyd edək ki, bundan əvvəl “Efes-2018” təlimlərində pentatlon növü üzrə yarışda Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin hərbçiləri 1-ci yerə çıxıb. Böyük Britaniya xüsusi təyinatlıları ikinci, Pakistan xüsusi təyinatlıları isə üçüncü olub. Yarışların bu növündə 23 ölkənin hərbçilərindən ibarət komandalar iştirak edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-əsgəri   Efes-2018   Türkiyə  


Bizi "telegram"da izləyin