Erməni hərbçi qəzaya düşdü - FOTOLAR

2018/05/1929_1525679819.jpg
Oxunub: 4360     15:55     07 May 2018    
Ermənistanın Vanadzor vilayətində iri yol nəqliyyat hadisəsi baş verib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Shamshyan.com saytı məlumat yayıb.

Məlumata görə, hadisə dünən saat 19:00 radələrində İrəvan-Mehri magistral yolunun 167-ci kilometrində baş verib. Sükan arxasında 28 yaşlı Qrant Gevorkyanın olduğu “Volvo” markalı avtomobil “Mitsubishi Grandis” markalı avtomobillə toqquşub.

“Mitsubishi Grandis”də olan 20 yaşlı Pargev İspiryan qəzadan sonra Sisian xəstəxanasında, 50 yaşlı Samvel Kazaryan isə “Vayka” tibb mərkəzinə çatdırılıb.

Qeyd edək ki, qəzada xəsarət alan Pargev İspiryan hərbi qulluqçudur.



Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Yol-nəqliyyat-hadisəsi   Erməni-əsgəri  


Bizi "telegram"da izləyin