Ölən erməni əsgər intihar edib

2018/05/345345_1525672467.jpg
Oxunub: 3258     14:22     07 May 2018    
Ermənistanın istintaq komitəsinin hərbi istintaq baş idarəsinin 6-cı qarnizon istintaq şöbəsində müddətli xidmət hərbi qulluqçusu, erməni əsgəri Levon Arseni Torosyanın ölüm səbəbinin araşdırılması məqsədilə araşdırma aparılır.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dünən saat 07:30 radələrində Ermənistan müdafiə nazirliyinin N nömrəli hərbi hissəsinin müdafiə zolağının döyüş mövqeyində alt çənə hissəsində giriş və baş nahiyyəsində çıxış izi olmaqla dəlib keçən odlu silah yarası ilə erməni hərbi qulluqçusu Torosyanın meyiti aşkarlanıb.

6-cı qarnizon istintaq komitəsində təhdid, qəddar münasibət və ya ləyaqətinin davamlı alçaldılması yolu ilə bilavasitə bilərəkdən, yaxud ehtiyatsızlıqdan intihara və ya intihara cəhd etmə həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb. Məhkəmə-tibbi ekspertiza təyin edilib və ölümün araşdırılması məqsədilə digər tədbirlər aparılır.

Xatırladaq ki, 6 may 2018-ci il saat 07:30 radələrində Ermənistanın şimal-şərq istiqamətində yerləşən hərbi hissələrdən birinin müdafiə zolağındakı döyüş mövqeyində baş nahiyyəsində aldığı güllə yarasından ölən 1999-cu il təvəllüdlü, 2017/2 Armavir hərbi komissarlığından çağırılmış, müddətli xidmət hərbi qulluqçusu Levon Arseni Torosyanın meyiti aşkarlanıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-əsgər   İntihar   Ermənistan-ordusu  


Bizi "telegram"da izləyin