Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın hərbi hissələrindən birində odlu silah yarasından ölən 19 yaşlı hərbi qulluqçu Levon Arseni Torosyan Ermənistanın Armavir vilayətinin Bambakaşat kənd sakini olub.
Onun ailənin tək oğlan övladı olmaqla, özündən kiçik bir bacısının olduğu bildirilir. Bu barədə Bambakaşat kənd icra nümayəndəsi Arbak Yeğiazaryan bildirib.
Onun sözlərinə görə, ölən hərbi qulluqçunun ailəsinin sosial vəziyyəti ağırdır. Ailə başçıları işləmir, kənd təsərrüfatı ilə məşğuldurlar.
Xatırladaq ki, 6 may 2018-ci il saat 07:30 radələrində Ermənistanın şimal-şərq istiqamətində yerləşən hərbi hissələrdən birinin müdafiə zolağındakı döyüş mövqeyində baş nahiyyəsindən aldığı güllə yarasından ölən 1999-cu il təvəllüdlü, 2017/2 Armavir hərbi komissarlığından çağırılmış, müddətli xidmət hərbi qulluqçusu Levon Arseni Torosyanın meyiti aşkarlanıb.
Alpər Mövludoğlu
Ordu.az