Bu gün səhər saatlarında Ermənistanın şimali-şərq istiqamətlərindən birində yerləşən hərbi hissələrdən birinin döyüş mövqelərində erməni əsgərin meyiti tapılıb.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, cəsədi aşkar edilən hərbi qulluqçu 1999-cu il təvəllüdlü Levon Arsen Torosyandır.
Armavir hərbi komissarlığından qulluğa çağırılan (2017-2 çağırışlı) Torosyanın başından aldığı güllə yarasından öldüyü bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Erməni-əsgər
Ölüm