Rusiyalı hərbi ekspert: "Ermənistan tərəfinin diqqəti azaltmağa ixtiyarı yoxdur"

2018/05/435345_1525507636.jpg
Oxunub: 3954     16:03     05 May 2018    
"Əgər gələcək hakimiyyət mövcud rus-erməni əməkdaşlığını qoruyub saxlamaq niyyətindədirsə, heç bir dəyişiklik olmayacaq".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Pavel Felqenqauer deyib.

Ermənistanda baş verən məxməri inqilabın mümkün geosiyasi təsirinə toxunan rusiyalı hərbi ekspert bildirib ki, Ermənistan tərəfinin diqqəti azaltmağa ixtiyarı yoxdur.

Felqenqauerin sözlərinə görə, təhlükəsizlik, hərbi və hərbi texniki sahədə rus-erməni əməkdaşlığının aqibəti Ermənistanın yeni hakimiyyətinin Rusiya ilə münasibətləri necə qurmasından asılı olacaq. Onun fikrincə, əgər gələcək hakimiyyət rus-erməni hərbi əməkdaşlığına müsbət münasibətdədirsə, bu əməkdaşlıqda heç bir dəyişiklik olmayacaq.

Paşinyanın keçmişdəki Avrasiya İqtisadi Əməkdaşlıq Birliyindən çıxmaq və digər siyasi proqramları ətrafında müzakirələr var. Lakin hazırda onun siyasi baxışları ilə hələ tanış olmadığını bildirən hərbi ekspert, əgər bu siyasi proqramlar hələ də qüvvəsini saxlayırsa Rusiyanın buna narahatlıqla yanaşmalı olduğunu, yox əgər qüvvədə deyilsə heç bir problem yaratmayacağını qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-Rusiya   Paşinyan  


Bizi "telegram"da izləyin