Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanda "Qafqaz institutu"nun direktoru Aleksandr İsgəndəryan jurnalistlərlə görüşündə bildirib.
İskəndəryan, Dağlıq Qarabağ məsələsinin Ermənistan hakimiyyətində kimin olmasından asılı olaraq həll edilə biləcəyinə ümid etmir.
"Dağlıq Qarabağ tam başqa formatdadır, danışıqlar çoxdandır ki, münaqişənin həlli istiqamətində yox, tamamilə başqa məsələlər ətrafında aparılır", - deyə o bildirib.
İsgəndəryan, "Paşinyanı respublikanın Ali Baş Komandanı olaraq görürsünüzmü?" sualına cavab olaraq bildirib ki, bir ekspert kimi etik qaydalar səbəbindən, adamın şəxsiyyətinə və bacarıqlarına qiymət verə bilməz.
"Bundan başqa onun heç vaxt hərbçi və ya hansısa idarə rəhbəri olmadığına görə, mən onu nəyin əsasında qiymətləndirə bilərəm?"- deyə İsgəndəryan mövzudan yayınıb.
O, bu məsələnin Müdafiə nazirliyində və digər güc strukturlarında aparılacaq kadr dəyişikliyindən asılı olduğunu vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az