Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, iki gün öncə, saat 20:00 radələrində Loru vilayətinin Metsavan kənd ərazisində Ermənistanın milli təhlükəsizlik xidmətinin sərhəd qoşunlarının N nömrəli zastava rəisi Roland Qriqoryan idarə etdiyi "UAZ" markalı avtomobillə qəza törədərək 2 məktəblini vurub.
Məlumata görə, yaralanan məktəblilər 12 və 14 yaşlarındadır. Hər iki məktəbli Taşir xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Alpər Mövludoğlu
Ordu.az