Erməni əsgər postda ölü tapılıb

2018/05/234234_1525435411.jpeg
Oxunub: 3172     15:27     04 May 2018    
Erməni əsgər döyüş mövqelərində ölü tapılıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün, saat 01:10 radələrində, Ermənistanın şimali-şərq istiqamətrində yerləşən hərbi hissələrin birinin saxlanma məntəqəsində erməni hərbi qulluqçu Artur Ardyom Qasparyanın (1998-ci il, 2017/1 çağırışlı, Nairi hərbi komissarlığı) meyiti tapılıb.

Onun baş nahiyyəsindən odlu silah yarası aldığı məlum olub.

Ermənistan müdafiə nazirliyi məlumatı təsdiq edib, araşdırma aparılır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-əsgər   Ölüm  


Bizi "telegram"da izləyin