"Paşinyan baş nazir olmaq hüququnu əldə edib" - Seyran Ohanyan

2018/05/234234_1525418848.jpg
Oxunub: 2685     15:25     04 May 2018    
"Paşinyan Ermənistanın baş naziri olmalıdır. Buna heç bir şübhə olmamalıdır. Ona görə ki, Paşinyan bu hüququ öz komandası ilə birlikdə qazanıb".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan bildirib.

Onun sözlərinə görə, Ermənistanın yeni tarixi dövründə dövlətin formalaşdırılmasının təbii gedişatı bir neçə dəfə seçkilər vasitəsilə, yanlış dəyərləndirmə, konstitutsiya dəyişikliyi zamanı və nəhayət 2017-ci il parlament seçkiləri ərəfəsində pozulub.

"Bu parlament seçkiləri sanki mövcud mənfi əlamətlərə son nöqtə qoydu. Demokratik prinsiplərə əməl edilməsinə səylər göstərilsə də, parlament seçkiləri illərdir pozulan təbii axının zirvəsinə çatdı".

O, "Paşinyanı baş nazir vəzifəsində görürsünüzmü?" sualına cavab verərkən qeyd edib ki, "Paşinyan Ermənistanın baş naziri olmalıdır. Buna heç bir şübhə olmamalıdır. Ona görə Paşinyan bu hüququ öz komandası ilə birlikdə qazanıb".

Ohanyanın siyasətlə məşğul olmasına gəldikdə isə o bildirib ki, istənilən qərar yaranmış vəziyyətdən irəli gəlir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ohanyan  


Bizi "telegram"da izləyin