Müdafiə Nazirliyinin mətbuat xidmətindən
Ordu.az-a verilən məlumata görə, Mərkəzi Ordu İdman Klubunun (MOİK) idmançıları mayın 14-dən 20-dək Rusiya Federasiyasının Moskva şəhərində hərbçilər arasında güləşin sərbəst və Yunan-roma növləri üzrə keçirilən 33-ci dünya çempionatında iştirak edəcək.
Növbəti dəfə dünya arenasında uğur qazanmaq üçün MOİK yarışlara klubun rəisi, Beynəlxalq Hərbi İdman Şurasında (CİSM) Azərbaycan nümayəndə heyətinin rəhbəri polkovnik-leytenant Rəşad Quliyevin rəhbərliyi ilə qatılacaq.
Yüksək səvviyyəli yarışlara pəhləvanlarımızı beynəlxalq dərəcəli idman ustası, Əməkdar məşqçi, hərbçilərin Olimpiya oyunlarının qızıl medal mükafatçısı, hərbçilər arasında keçirilən XXX Dünya çempionatının qızıl medal mükafatçısı mayor Nazim Əlicanov və beynəlxalq dərəcəli idman ustası, hərbçilər arasında keçirilən Avropa və Dünya birinciliklərinin 4 qat qalibi, hərbiçilər arasında II Olimpiya oyunlarının gümüş mükafatçısı mayor Taleh İsrafilov hazırlayırlar.
Həmçinin Mərkəzi Ordu İdman Klubu komandasının tərkibində 3 qadın güləşçimiz də sərbəst güləş növündə mübarizə aparacaqlar.
Qeyd edək ki, çempionatda iştirak edəcək komandamızın tərkibində Dünya və Avropa çempionları, eləcə də Olimpiya oyunlarının, Respublika birinciliklərinin qalibi olan idmançılar əksəriyyət təşkil edir.
Həmçinin komandamızın tərkibində beynəlxalq dərəcəli hakimlər Elman İsmayılov və Sədi Quliyev də Moskvaya yola düşəcəklər.
Komandamıza uğurlar qzanaraq yüksək nəticələrlə Vətənə dönmələrini arzu edirik.
Ordu.az