İrəvanda silahlı şəxslər banka hücum edib - FOTO (VİDEOLAR)
Oxunub: 1647
19:17
03 May 2018
İrəvanda silahlı şəxslər HSBC bankının filialına hücum edib.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, HSBC bankının İrəvandakı Komitas filialına silahlı basqın edilib.
Şahidlərin sözlərinə görə, hadisə yerinə gələn polislər cinayətkarlara atəş açıb.
Onlardan birini təcili tibbi yardım maşını xəstəxanaya aparıb. Hadisə yerinə polis və təcili tibbi yardım maşınları toplaşıb.
Digər mənbələrin məlumatına görə, hadisə yerində bir nəfər ölüb. Hadisə yerinin yaxınlığında silahlı basqın nəticəsində oğurlanan pul da daxil olmaqla, silah və əl qumbarası tapılıb.