Ordu.az gürcü KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Gürcüstan müdafiə naziri Levan İzoriya bəyan edib.
Onun sözlərinə görə, bu məbləğin yarısı Gürcüstan ordusunun ABŞ silahları ilə təchizatına xərclənib.
“Bizə 400-dən çox pulemyot, 2 mindən çox avtomat silahı, gecə görüşünü təmin etmək üçün avadanlıq və bir çox digər vasitələr verilib”, - deyə İzoriya bildirib.
Nazir qeyd edib ki, ABŞ-ın Gürcüstana qarşı belə münasibətinin səbəbi Tiflisin Qərb düynasında özünün uğurla təmsil etməsinin nəticəsidir.
Ağalar Qəribov
Ordu.az