İsrail Filippini “Spike” raketləriylə təchiz edib

2018/05/maxresdefault234_1525332180.jpg
Oxunub: 1555     15:22     03 May 2018    
İsrail Filippin Hərbi Dəniz Qüvvələrini “Spike ER” raketləri ilə təchiz edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Filippin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, raketlərin təchizatı hələ 2017-ci ilin dekabrında yekunlaşmalı idi, lakin bir sıra səbəblərdən təchizat yubandı.

“Rafael” müdafiə konserninin istehsalı olan raketlər çoxməqsədli desant gəmiləri üçün nəzərdə tutulub.

Qeyd edək ki, “Spike ER” raketlərinin quraşdırılmaq üçün alındığı üç yeni kater Filippin Hərbi Dəniz Qüvvələrinə 2017-ci ildə daxil olub.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Filippin   Spike  


Bizi "telegram"da izləyin