Azərbaycanda ümumordu iməciliyi keçiriləcək

2018/05/1803_1525257663.jpg
Oxunub: 2247     18:37     02 May 2018    
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci və faşizm üzərində Qələbənin 73-cü ildönümü münasibətilə mayın 5-də Əlahiddə Ümumqoşun Ordusunda, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin ərazilərində ümumordu iməciliyi təşkil olunacaq.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, ekoloji mühitin sağlamlaşdırılması və ərazinin abadlaşdırılması məqsədilə təşkil olunacaq iməcilik vaxtı hərbi şəhərciklərdə, eləcə də hərbi hissələr, inzibati, xidməti bina və obyektlərin ətrafında müxtəlif növ ağaclar, gül kolları əkiləcək və yaşıllıq zolaqları salınacaq.

Həmçinin, Azərbaycan Xalq Cümhuriyyəti dövrünün general və sərkərdələrinin, Azərbaycanın Milli Qəhrəmanlarının abidələri və məzarları yerləşən ərazilərdə də abadlıq işləri aparılacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zakir-Həsənov   Ümumordu-iməciliyi  


Bizi "telegram"da izləyin